Paytaxtda fövqəladə vəziyyət elan edilib

Paytaxtda fövqəladə vəziyyət elan edilib

Son dörd gün ərzində Ukraynanın paytaxtı Kiyevə iki ay müddətində yağacaq qar qısa zamanda yağdığı üçün fövqəladə vəziyyət elan edilib. Kiyevə yağan qar nəticəsində 18 ağac yollara aşıb.

11 dekabrda fövqəladə vəziyyət elan edən Kiyev şəhər bələdiyyəsinin başçısı Aleksandr Popovun imzaladığı sərəncama görə, paytaxtın mərkəzində nəqliyyat vasitələrinin dayanacaqlarda saxlanmasını qadağan edib. Dayanacağa qoyulan nəqliyyat vasitələri isə 24 saat ərzində evakuatorlar vasitəsilə mərkəzdən uzaqlaşdırılırlar. Popov ağır tonajlı vasitələrin də şəhər daxilində hərəkətinin məhdudlaşdırıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə