Prezidentin adı paytaxta verilə bilər

Prezidentin adı paytaxta verilə bilər

Qazaxıstan paytaxtına ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi ilə bağlı təkliflər səsləndirilib. İctimai təşkilatlardan biri paytaxt Astananın ölkənin birinci prezidenti şərəfinə onun adı ilə adlandırılmasını istəyir.

Təşkilat Qazaxıstan ictimaiyyətinə müraciət edərək xalq qarşısındakı böyük xidmətlərinə görə Nazarbayevin adının paytaxta verilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. "Kazinform"un məlumatına görə, artıq təklif parlamentdə qeydə alınıb və baxılmaq üçün İnformasiya və Turizm Nazirliyinə göndərilib.

Ancaq bununla belə paytaxtın məhz necə adlandırılması ilə bağlı təşkilatın real təklifi yoxdur: "Bu hər halda "Nursultan" olmayacaq, çünki bu addan ölkədə çoxdur. Mənim oğlumun da adı Nursultandır. Bəlkə "Nazarbayev" ola bilər. Ancaq buna xalq qərar verəcək" deyə təşkilat nümayəndəsi Toleqan Alcan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə