İran Müdafiə Nazirliyi bəyanat yayıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, sənəddə İran Müdafiə Nazirliyinin mütəxəssislərinin Şimali Koreyanın ballistik raket sınağı həyata keçirməsi prosesində iştirak etməsi barədə yayılan xəbər təkzib olunub. "Belə iddialar psixoloji müharibə ilə yanaşı, İsrailin nüvə silahı istehsal etməsini və ABŞ-ın son nüvə sınağını ört-basdır etmək məqsədilə ortaya atılıb".
Qeyd edək ki, daha öncə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst də İranla Şimali Koreyanın raket və nüvə sənayesi sahəsində əməkdaşlıq etdiyi iddialarını yalanlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB