İlk dəfə Rusiya əhalisinin sayı artıb

İlk dəfə Rusiya əhalisinin sayı artıb

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının senatorları və Dövlət Dumasının vəkilləri ilə bu ilin yekunlarına dair görüş keçirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Putin çıxışı zamanı bir çox məsələlərə toxunub.

O, Rusiyanın əhalisinin sayının bu il artdığını söyləyib: "Rusiyada ailənin 3 uşağa sahib olması artıq normal hal sayılmalıdır. Çoxuşaqlı ailələrə dövlət tərəfindən edilən maddi və sosial yardımlar öz bəhrəsini verib. Uzun illərdən sonra Rusiyada ilk dəfə artım qeydə alınıb. İlk 10 ayda 7 faiz artım olub. Bu il 1 milyon 587 min uşaq dünyaya gəlib. Artıq Rusiya əhalisinin sayı 143 milyon 200 min nəfəri keçib. Orta yaş həddi 2,5 il uzanıb. İndi orta yaş həddi 70-dən yuxarıdır. Ancaq yenə də orta yaşlı kişilərin ölüm halları çoxdur. Buna səbəb alkoqol, siqaret və pis vərdişlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə