ABŞ-da qaz kəməri partlayıb

ABŞ-ın Qərbi Virciniya ştatındakı Sissonvill şəhəri yaxınlığında güclü partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qaz kəmərində bir necə dəqiqə baş vermiş yanğın zamanı alovun hündürlüyü 20 metrə çatıb.

Alov yaxınlıqda olan tikililəri yararsız hala salıb, şəhərə gedən yolun bir hissəsini zədələyib. Bir neçə adam tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Kəmərlə qaz nəqli dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə