Suriyada növbəti terror aktı baş verib

Suriyada növbəti terror aktı baş verib

Terror aktı Suriyanın mərkəzində yerləşən Hama əyalətində baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terror aktında 10 nəfər ölüb, 200 nəfər yaralanıb. Hadisənin kimlər tərəfindən həyata keçirildiyi bilinmir.

Qeyd edək ki, partlayışın baş verdiyi Akrab kəndinin əhalisinin əksəriyyəti ələvilərdir. İslamın bu qanadından olan təriqətçi suriyalılar ənənəvi olaraq hakim rejimi dəstəkləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə