"Parçalanmaya son qoyulmalıdır"

"Parçalanmaya son qoyulmalıdır"

Abdulla Gül: "Fələstinli qruplar arasındakı parçalanmaya son qoyulmalıdır"

Fələstinli qruplar arasındakı parçalanmaya son qoyulmalıdır. Bunu Türkiyənin Prezidenti Abdulla Gül Fələstinin dövlət başçısı Mahmud Abbasla təşkil etdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, çətin prosesdən sonra parçalanmaya son qoyulmalıdır. Bunun dayandırılması fələstini mübarizisində qüvvətləndirəcək.

İsrail və BMT-dəki səsvermədə Fələstin əleyhinə səs verən ABŞ-a xəbərdarlıq edən A.Gül deyib: "Bu səs vermədən ən çox İsrail dərs almalıdır. İsrailin bütün səyləri onun öz əleyhinə çevriləcək. İsrail həmçinin məskunlaşma siyasətindən də dərhal imtina etməlidir. Bu odla oynamaqdır, bunun qəbul edilə bilməyəcəyini də xatırlatmaq istəyirəm. Bizim qəlbimizdə və Türkiyənin gözündə Fələstin statuslu bir dövlətdir, amma noyabrın 29-da tarixi əhəmiyyətli bir gündür. Türkiyə bütün gücü ilə Fələstinin müstəqil bir dövlət olaraq BMT-yə üzv seçilməsi üçün çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə