"Patriot" komplekslərinin quraşdırılacağı tarix məlum olub

"Patriot" komplekslərinin quraşdırılacağı tarix məlum olub

Türkiyədə "Patriot" zenit-raket komplekslərinin batareyaları 2013-cü ilin ilk günlərində yerləşdiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədə "Patriot" ZRK-nın quraşdırılması Almaniyaya 25 milyon dollara başa gələcək.

Məlumat üçün bildirək ki, "Patriot" batareyalarının Türkiyədə 2014-cü ilin yanvarınadək qalacağı gözlənilir. Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyə NATO-dan altı "Patriot" batareyası alacaq. Onları Almaniya, Niderland və ABŞ verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə