Qəzzada vəziyyət yenidən gərginləşdi

Qəzzada vəziyyət yenidən gərginləşdi

İsrail hərbçiləri yenidən sərhədi pozdu

İsrail ordusuna məxsus 2 zirehli texnika və 4 buldozer Xan Yunus şəhərinin Əl-Qərara məntəqəsinə daxil olub. İşğal olunmuş Fələstin torpaqlarında məskunlaşma işləri aparan İsrail hərbçiləri, bununla da imzalanan atəşkəsi növbəti dəfə pozub.

Qeyd edək ki, Qəzzaya nəzarət edən Həmas təşkilatı İsrailin sərhəd pozuntularına etiraz edib. "İslami-Cihad" təşkilatı isə İsrail hərbçilərinin Fələstin ərazisinə daxil olmağa davam edəcəyi təqdirdə buna cavab verəcəklərini açıqlayıb. Ötən aydan etibarən İsrail ordusunun İordan çayının Qərb sahilində keçirdiyi əməliyyatlar zamanı 4 nəfər həlak kolub, 40 fələstinli yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə