Turqut Özal zəhərləndi, ya yox?

Turqut Özal zəhərləndi, ya yox?

Məhkəmə Ekspertiza İnstututu bəyan edib ki, Türkiyənin 8-ci prezidenti zəhərlənməyib. SİA-nın məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb. Türkiyənin sabiq prezidenti Turqut Özalın cəsədinin qalıqlarından götürülən dəri nümunələrinin tədqiqi haqqında hesabat göstərib ki, Özal zəhərlənməyib.

Hesabata əsasən, Özalın ölümünə səbəb uzun illər qida qəbulu yolu ilə orqanizmə düşən və sonradan zəhərlənməyə səbəb olan kimyəvi maddələrin yığılması ola bilər. Buna görə də tapılan maddələr zəhərlənməyə yol açacaq həddə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə