Mursi görüşlərə başlayıb

Misir prezidenti Məhəmməd Mursi ölkəni siyasi böhrandan çıxarmaq üçün etdiyi çıxışa müsbət cavab verən 7 siyasi partiyanın nümayəndələri ilə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüşün sabah keçirilməsi gözlənilir. Görüşə razılıq verən partiyaların adları açıqlanmır.

Diplomatik mənbələrdən verilən məlumata görə, vitse-prezident və Nur Partiyasının sədri İmad Abdulqafur görüşlə bağlı siyasi dairələrlə sıx təmasa keçiblər. Kongres Pariyasının sədri Əmir Musa və Sabah Partiyasının sədri Eymen Nurun Abdulgafura dəstək verdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə