Müxalifət hökumət binasını ələ keçirib

Müxalifət hökumət binasını ələ keçirib

Misirdə müxalifətçilər İsgəndəriyyə əyalətini ələ keçirdiklərini bəyan ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misir müxalifəti ölkənin şimalındakı İsgəndəriyyə əyalətinin islamçı hakimiyyətə tabe olmayacağını bəyan edib. Yüzlərlə müxalifətçi yerli hökumət binasına hücum edərək onu ələ keçiriblər və öz suverenliklərini elan ediblər. Lakin bunun ardınca yaxşı silahlanmış islamçılar həmin binaya hücum edərək müxalifləri oradan çıxarıblar.

Qeyd edək ki, Misirin hazırki prezidenti Məhəmməd Mürsi islamçı "Müsəlman qardaşlar" təşkilatının nümayəndəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə