Belçika qorxu içində

Belçikada antiterror hazırlığının səviyyəti artırılıb. Buna səbəb ölkədə dekabrın 14-də kinoteatrlarda nümayiş ediləcək "Müsəlmanların məsumiyyəti" filmi zamanı gözlənə biləcək hər hansı ekstremist çıxışların və əsayişin pozulması hallarının olması ehtimalıdır.

Xüsusi rejimə ilk olaraq Yaxın Şərqdən və Şimali Afrikadan olan müsəlmanların yaşadığı məhəllərdəki polislər keçəcək. Söhbət Brüsselin Anderlext, Molenke və Sen-Joss məhəllələridir.

Polis bürosunun analitikləri düşünür ki, polisin ayağa qalxmasına səbəb internetdə bu filmin nümayişi ilə bağlı sərt çıxışların və siyasi fəallığın olmasıdır. Onlar deyir ki, ölkədə kütləvi etiraz aksiyaları gözlənilir.

Polis hətta Belçikanın forum və internet saytlarını da nəzarətə götürüb. Mobil telefonlarla göndərilən SMS-lərə də nəzarət edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə