Məhşur agentlik iflas edib

Fransanın məşhur "Sipa" Xəbər Agentliyi iflas edib. SİA-nın verdiyi xəbərə görə, Paris Ticarət Məhkəməsi Avropanın və Fransanın ən böyük foto agentliyi olan "Sipa Press"in nəzdində yaradılan "Sipa" Xəbər Agentliyinin rəsmən iflas etdiyini açıqlayıb.

Keçən aylarda yaradılan və "Frans Press"dən sonra Fransanın ən böyük xəbər agentliyinə çevrilən "Sipa"nın 120 əməkdaşı vardı. "Sipa"nın iflasa uğramasında böyük hissədarı, Almaniyanın xəbər agentliyi "DAPD"ın oktyabr ayında iflasını açıqlamasının mühüm rol oynadığı bildirilir.

Xatırladaq ki, "Sipa Press" 1973-cü ildə türk jurnalist Gökşin Sipahioğlu tərəfindən yaradılıb. Sipahioğlu 2001-ci ildə agentliyi "Sud Communication"a satmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə