Həmas lideri 45 il sonra Fələstində

Xalid Meşal Qəzzaya gedir
Həmas lideri 45 il sonra Fələstində

"Həmas"ın siyasi lideri Xalid Meşal 45 il sonra ilk defe Fələstin torpaqlarına ayaq basacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün başlayacaq səfər iki gün davam edəcək. "Həmas" lideri İsraillə toqquşmaların bitməsi münasibətilə Qəzzada keçiriləcək qələbə nümayişində iştirak edəcək.

Xatırladaq ki, Küveyt və İordaniyada, 1999-cu ildən sonra isə Dəməşqdə yaşayan Meşal Suriyadakı qarışıqlıq səbəbilə Qətərə köçmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə