7.3 bal gücündə zəlzələ

Bu gün Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 7.3 bal gücündə olduğunu bildirir.

Zəlzələnin episentri Miqayi əyaləti sahillərində 10 km dərinlikdə olub. Zəlzələ nəticəsində Miyaqi sahillərində 2 metrə yaxın hündürlükdə sunami əmələ gətirə biləcəyi barədə xəbərdarlıq verilib.

Güclü zəlzələ bir neçə dəqiqə ərzində Tokiyodakı binaları silkələyib. Təbii fəlakət zamanı ölən və ya yaralananların olması haqqında hələ ki, məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə