Ermənistanda əsgəri qətlə yetirdilər
İrəvan qarnizonunda qətl

Ermənistanda paytaxt alayında hərbi xidmətdə olan əsgər öldürülüb. Ermənistan KİV-i xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Müdafiə Nazirliyinin İstintaq xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti Meri Sarkisyan bildirib ki, həlak olmuş şəxs müqaviləli əsgər olub. Eyni zamanda, insidentin hərbi hissədən kənarda baş verdiyini deyib.

Hadisə yerində istintaq qrupu çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə