Avstraliyanın baş naziri hamını şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Culiya Qillardın 21 dekabr barədə çıxışı ölkədə təşvişə səbəb olub. O çıxışında "21 dekabrda qiyamətin qopacağını deyən mayalar haqlıdır" deyib. Ölkə bayraqlarının əhatəsində, ciddi ifadə ilə danışan Qillard bunun virtual qiyamət olmadığını deyib. "Avstraliyalı dostlarım, dünyanın sonu gəlir. Bu, 2000-ci ildəki kimi virtual qiyamət və ya karbon vergisi deyil. Belə görürəm ki, Maya təqvimi həqiqəti göstərir", – deyə baş nazir bildirib.
Dünyada adam yeyən zombilər və cəhənnəmdən gələn qorxulu iblislərin peyda olacağını deyən Qillard axıra qədər ölkəsinin vətəndaşlarını qoruyacağını bildirib: "Əgər məni tanıyırsınızsa son nəfəsimə qədər sizin üçün mübarizə aparacağımı da bilirsiniz".
Baş nazirin 50 saniyəlik bu çıxışından sonra Baş Nazirliyin rəsmisi "Triple J" radiosunda səsləndirilən və radionun internet saytına yüklənən çıxışın videosunun sadəcə zarafat olduğunu deyib. Bu açıqlamadan sonra avstraliyalılar rahat nəfəs alıblar.
Xatırladaq ki, Culiya Qillard daha əvvəl də belə bir zarafat etmiş, ekoloji çirklənmə səbəbilə "Karbon vergisi" barədə qanun layihəsi qəbul etdiklərini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB