Ordu əhaliyə xəbərdarlıq etdi

Ordu əhaliyə xəbərdarlıq etdi

Göstərişlərə əməl etməyən prezident və müxalifət tərəfdarları ordunun müdaxiləsi ilə qarşılaşacaq

Misir ordusu ölkədə qarışıqlıq yaradan əhaliyə müraciət edərək tərəfləri iğtişaşlara son qoymağa çağırıb. Müdafiə Nazirliyindən edilən müraciətdə bildirilir ki, göstərişlərə əməl etməyən prezident və müxalifət tərəfdarları ordunun müdaxiləsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Misirin paytaxtı Qahirə şəhərində yerləşən Prezident Sarayının qarşısında "Müsəlman Qardaşlar" təşkilatının üzvləri ilə müxaliflər arasında baş verən qarşıdurmalarda 4 nəfər həlak olub, 150 misirli yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə