Ramallah BMT-ni İsrailin qanunsuz inşaat planlarına qarşı hərəkətə keçməyə çağırıb
Fələstin BMT-ni İsrailin Qərbi Şəriada yeni yaşayış məskənləri inşa etmə planına qarşı hərəkətə keçməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fələstinin BMT-dəki missiyası təşkilatın baş katibliyinə və Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda İsrailin yeni planının Fələstinin BMT-də müşahidəçi statuslu dövlət kimi qəbul olunması qərarına cavab olduğu bildirilib. İsrailin bu mövqeyinin Yaxın Şərqdə sülh və sabitliyi təmin etmə cəhdlərinə mənfi təsir etdiyi vurğulanan məktubda sülh müzakirələrinə geri dönmək üçün BMT-nin İsrailin illeqal addımlarına qarşı hərəkətə keçməsi istənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB