Dünyanın ən hündür boylu qadını öldü

Dünyanın ən hündür boylu qadını öldü

2 metr 33 santimetr boyu olan qadın vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2 metr 33 santimetr boyu olan Yao Defenin ölkənin şərqində olan Anhui əyalətindəki evində həyatını itirib.

Yaonun ölümünə hormon ifrazının həddindən artıq çox olması ilə əlaqədar yaranan xəstəliyi səbəb olub.

Xatırladaq ki, 39 yaşındakı Yao 2010-ci ilin yanvar ayında '' yaşayan ən hündür boylu qadın'' olaraq Guinnesin rekordlar kitabına daxil olub. Yao 15 yaşında olarkən boyunun 2 metr olması ilə əlaqədar yaxşı basketbolçu olub.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə