Dünyanın ən yaşlı insanı olan 116 yaşlı Amerikalı Besse Cooper vəfat edib. SİA-nın verdiyi məlumata görə ABŞ-ın Georgian əyalətindəki Monroe şəhərindəki qocalar evində qalan Besse Cooperin dünən günortadan sonra öldüyü bildirilib.
Oğlu Besse Cooper verdiyi açıqlamada bildirib ki, anamın səhhətində problemlər var idi və son zamanlarda bunlar daha da kəskinləşmişdi. Biz nə qədər səy göstərsək də onun həyatını qurtara bilmədik.
Xatırladaq ki, keçən ilin yanvar ayında Besse Cooperin dünyanın ən yaşlı insanı olduğu açıqlanmışdı.
Cooperin vəfatından sonra "dünyanın ən yaşlı insanı" İovada yaşayan 115 yaşındakı Dina Manfredini oldu.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB