"İsrailin etdikləri nəticədə öz əleyhinə çevriləcək"
"İsrailin etdikləri nəticədə öz əleyhinə çevriləcək". Bunu Türkiyə Prezidenti Abdulla Gül bildirib. İsrailin Fələstində yeni yaşayış məntəqələrinin inşası ilə bağlı qəbul etdiyi qərara münasibət bildirən A.Gül deyib: "Bu çox təhlükəli nəticələr doğurar. Bir çox Avropa ölkəsi də bunu gördüyü üçün İsrailə xəbərdar etdi. Ümid edirəm ki, İsrail bunu etməz. Çünki bunun da çox böyük nəticələri olar və nəticələri də şübhəsiz onun öz əleyhinə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB