Saakaşvili İvanişvilini "duel"ə çağırdı

Saakaşvili İvanişvilini "duel"ə çağırdı

Mixail Saakaşvili ölkənin baş naziri Bidzin İvanişvilini təkbətək görüşə çağırıb

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin baş naziri Bidzin İvanişvilini təkbətək görüşə çağırıb. Bu barədə ictimaiyyətə "Financial Times" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Gürcüstan prezidenti siyasi rəqibi olan İvanişvili ilə ölkədə baş verən son prosesləri müzakirə etmək istəyir.

Qeyd edək ki, Mixail Sakaşvili baş nazirlə təkbətək görüşündə ölkənin daxili işlərini ona həvalə etməyi planlaşdırır. Lakin Saakaşvili buna qarşılıq olaraq Gürcüstanın xarici işləri ilə özü məşğul olmaq niyyətindədir. Gürcüstan prezidentinin fikrincə, onunla baş nazir İvanişvili arasındakı münasibətlər ölkənin xarici imicinə böyük zərbə vura bilər. Bu səbəbdən prezidentlik müddəti sona çatana qədər bu imici qorumağa səy göstərmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə