Kampaniya ermənilərin kompakt yaşadığı bölgədə keçirilir
Gürcüstanın Axaltsixe rayonunda (ermənilərin kompakt yaşadığı bölgə) ölkə prezidenti Mixail Saakaşvilinin istefası üçün imza toplanılmasına başlanılıb. "Georgia Online" saytının verdiyi məlumata görə, aksiya təşkilatçısı rolunda "Cəmiyyətin hüququ uğrunda həmrəylik" adlı qurum çıxış edir. Təşkilat fəalları bələdiyyə administrasiyasının qarşısında çadır qurub. İstənilən şəxs bura gəlib öz imzasını ata bilər.
Bu çadır iki həftə sökülməyəcək. Bununla paralel olaraq imzatoplama kampaniyası ünvanlar üzrə də aparılacaq. Artıq 800 imza toplanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB