Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın neft və qaz konfransında iştirak etmək məqsədilə bu günə planlaşdırılan Ərbil səfəri İraq hökumətinin icazə verməməsi səbəbilə baş tutmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Taner Yıldız və onu müşayiət edən rəsmi heyətin olduğu baş nazirliyə aid təyyarə İstanbuldakı Atatürk hava limanından hərəkət etmək üzrəykən Bağdaddan uçuş icazəsinin ləğv edildiyi xəbəri gəlib. Türkiyənin Bağdaddakı səfirliyinin rəsmiləri təyyarənin texniki səbəblərdən Ərbilə enə bilməyəcəyinin söyləndiyini qeyd ediblər. Havaya qalxan təyyarə Kayseriyə enib.
Hadisəyə münasibət bildirən Taner Yıldız bildirib ki, hadisənin kommunikasiya pozuqluğunun olduğunu və bunun düzələcəyinə ümid etdiyini söyləyib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB