"Tüfəng filmin sonunda atəş açacaq"

"Tüfəng filmin sonunda atəş açacaq"

Putin: "Türkiyənin sərhəddəki qayğılarını anlayır və bu qayğıları paylaşırıq"

Baş nazir Rəcəb Tayyib Ərdoğanla birgə təşkil edilən mətbuat konfransında bir jurnalistin yönəltdiyi sual Rusiyanın dövlət başçısı Vladimir Putini əvvəl çaşdırıb, sonra isə prezident gülümsəmək məcburiyyətində qalıb. Jurnalistin, "Suriyada Əsəd əlindəki nüvə silahları istifadə etməyəcəyinə zəmanət verirsinizmi?", sualına Putin: "Zarafatmı edirsiniz, Suriyanın nüvə silahımı var?" cavabını verib.

Rusiya prezidenti: "Türkiyənin qayğılarını paylaşırıq", deyə əlavə edib.

"Suriya, nüvə silahın istehsalına yaxın belə deyil. Patriot sistemi isə, dünyadakı ən yaxşı sistem deyil. Dəbdən düşmüş bir sistemdir. Türkiyənin sərhəddəki qayğılarını anlayır və bu qayğıları paylaşırıq. Ancaq Patriot sistemi bu vəziyyətə əlavə bir gərginlik yaradacaq ki bu da səhv addımdır. Bu, mühitin gərginləşdirilməsi deməkdir. Filmlərdə divarda bir tüfəng varsa, filmin sonunda o tüfəng partlayar", - deyə Putin müəmmalı əlavələr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə