Gürcüstanla Ermənistan arasında mandarin müqaviləsi

Gürcüstanla Ermənistan arasında mandarin müqaviləsi

Tiflis İrəvanla danışıqlar aparır

Rəsmi Tiflis Ermənistanla Gürcüstandan ixrac olunan sitrus meyvələrinə gömrük rüsumunun azaldılması ilə bağlı danışıqlar aparır. Gürcüstan mətbuatına istinadən verilən məlumata görə, analoji danışıqlar Azərbaycan və Belarusla da aparılır. Bu barədə jurnalistlərə Acarıstanın kənd təsərrüfatı naziri Zaur Putkaradze bildirib.

Onun sözlərinə görə, artıq Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticə verib. Belə ki, Gürcüstan Ukraynaya sitrus meyvələri aparan iş adamları əvvəlki kimi bir tona 1100 dollar yox, 600 dollar ödəyəcək.

Xatırladaq ki, bu gün Gürcüstanda bazarda mandarinin 1 kiloqramı 0,40-0,70 lariyə (0,20-0,35 AZN) satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə