ABŞ-da tətil davam edir

ABŞ-ın ən böyük liman kompleksi olan Los Anceles və Lonq Biçdə işçilərin əmək müqaviləsi ilə bağlı tətili artıq yeddi gündür yük gəmilərinin sahiblərinə yüklərini boşaltmağa imkan vermir.

BBC kanalının məlumatına görə, noyabrın 27-də başlayan tətil səbəbindən limanların 14 terminalından 10-u bağlanıb. 2010-cu ilin iyunundan əmək müqaviləsi olmadan işləyən liman işçiləri yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər.

İşçilərin tətili son on ildə Kaliforniyadakı liman kompleksində yük daşıma ilə bağlı ən böyük problemə səbəb olub. Tətilin iqtisadiyyata bir neçə milyard dollar ziyan vurduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə