Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbi Dəməşq rejiminin hər an devrilə biləcəyini söyləyib. SİA-nın Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəbi Suriyada müxaliflərin mövqe qazanmağa davam etdiyini və rejimin devrilməsinin hər an baş verə biləcəyini deyib: "Bu gün Dəməşqdə toqquşmalar var. Ölkədə 20 aydır davam edən toqquşmalardan sonra yaxında bir şeylər olacağını düşünürəm. Suriyadakı hadisələr müxalifətin siyasi və hərbi cəhətdən gücləndiyini göstərir. Müxalifət hər gün irəliləyir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB