Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının dəyərləndirmə və məsləhətləşmə toplantısında Fələstinlə bağlı BMT qərarını dəyərləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərarın əhəmiyyətini vurğulayan Ərdoğan İsrailə bir daha xəbərdarlıq edib: "İsrail bilməlidir ki, bölgədə bu günün siyasi əhval-ruhiyyəsi dünənkindən çox fərqlidir. İsrail bunu diqqətə alaraq artıq qan və göz yaşı ilə bəslənməyi buraxmaq məcburiyyətindədir. Ən başda öz xalqını aldatmaqdan, öz xalqına zülm eləməkdən çəkinmək məcburiyyətindədir".
İsrailin həm bölgəyə, həm də öz xalqına ziyan vurduğunu ifadə edən Ərdoğan Fələstin üçün başlayan prosesin İsrail üçün də başlamasını, İsrailin ağlını başına toplamasını arzuladığını bildirib.
Baş nazir eyni zamanda fələstinliləri birləşməyə çağırıb: "Biz Fələstində parçalanma, nifaq görmək istəmirik. Biz Fələstin torpaqları üzərində qardaşın qardaşla küsülülüyünə, toqquşmasına şahid olmaq istəmirik".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB