Ankaranın tələbi bu gün təsdiqlənəcək!

Ankaranın tələbi bu gün təsdiqlənəcək!

NATO-nun baş katibi Anders Foq Rasmussen xarici işlər nazirlərinin bu gün Türkiyənin "Patriot" tələbini təsdiqləyəcəklərini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rasmussen xarici işlər nazirlərinin qərarından sonra bir neçə həftə içərisində "Patriot" a sahib olan üç ölkənin - Almaniya, Hollandiya və ABŞ-ın bu sistemləri göndərmələrini gözlədiklərini açıqlayıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə