Ermənistanın xarici borcu fəlakət həddinə çatıb

İşğalçı ölkə çökür
Ermənistanın xarici borcu fəlakət həddinə çatıb

Ermənistan boşalır, üstəlik iqtisadi durumu fəlakətdən xəbər verir. SİA-nın erməni mənbələrə istinadən verdiyi məlumata görə, bu ölkənin daxili dövlət borcu 1 sentyabr 2012-ci il tarixinə 576 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,9% çoxdur. Ermənistanın dövlət borcunun 59,7%-ni (290,6 mln. dollar) dövlət ortamüddətli istiqrazları, 34,1%-ni (196,5 mln. dollar) isə dövlət uzunmüddətli istiqrazları təşkil edir.

Ermənistanın xarici dövlət borcu isə bu ölkənin mövcudluğu tarixində ən yüksək həddə çatıb. Məlum olub ki, bu borc hesabat dövründə 4,8% artaraq 172,6 mln. dollardan 3 740,8 mln. dollara yüksəlib.

Ermənistanda ötən ayın rəqəmlərinə görə, ərzaq məhsullarının qiyməti bir ay əvvələ nisbətən 2,6 faiz bahalaşıb. Ermənistan Statistika Xidməti son bir ildə çörək məhsullarının qiymətinin 10,7 dəfə bahalaşdığını açıqlayıb. Son bir ayda ölkə üzrə 0,6 faiz bahalaşma qeydə alınıb. Ölkənin tədqiqat aparılan 9 şəhərində son bir ayda çörəyin qiymətinin 0,1 – 3,3 faiz bahalaşdığı müəyyənləşib. İrəvanda çörəyin qiyməti 0,3 faiz bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə