Rusiyadan qiyamət günü açıqlaması

Rusiyadan qiyamət günü açıqlaması

Universal fəlakətlərin 10-15 milyon ildə bir görüldüyünü söyləyən Rusyanın fövqəladə hallar naziri: "Yaxın zamanda təbiətdə qlobal bir dəyişiklik yaşanmayacaq", - deyə bildirib. SİA-nın verdiyi məlumata görə, Rusiya FHN rəhbəri Vladimir Puçkov 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaların yalan olduğunu deyib.

Puçkov bildirib: "Təbiətdə qlobal bir problem baş verməyəcək. Rusiya dünyada baş verən təbii hadisələri izləyə bilmək üçün bütün imkanlara sahibdir. Dünyakı ən son təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşıb. Yaxın zamanlarda təbiətdə dəyişikliklər gözlənilə bilər, amma bunlar qəti şəkildə qlobal bir problemə çevrilə bilməz".

Qar, yağış, buzlaşma, sel daşqınları kimi təbii fəlakətləri Rusiyanın izlədiyini bildirən Rusiya fövqəladə hallar naziri onu da qeyd edib ki, şübhəsiz, bunlar gələcəkdə baş verəcək hadisələrdir və biz bunlara hazırlaşmalıyıq.

Daha əvvəl də Rusiya səhiyyə naziri Gennadi Onişenko qiyamətlə bağlı söhbətlərin xalqın psixoloji sağlamlığına mənfi təsir etdiyini açıqlamışdı. Onişenko bildirmişdi ki: "21 dekabrla bağlı bu cür dedi-qoduları ortaya atanların iddia etdikləri söz-söhbətləri sübut etməkləri lazım olacaq".

Nazir deyib ki, Maya tarixi 21 dekabr 2012-ci ildə sona çatır: "Bir çox insan bu tarixdə dünyanın sonu gələcəyinə inanır. Qısa müddət əvvəl, bəzi fürsətçilər "qiyamət günü"ndən qorunmaq istəyən müştərilər üçün yeraltı sığınacaqları və qiyamət vəsaitlərini internet üzərindən satışa təqdim etmişdi. Bu sadəcə insanları aldatmaq üçün bir vasitədir".

Bütün xəbərlər Facebook səhifəmizdə