Belçikada 19 illik arvadının kişi olduğunu öyrənən ər "dəli" olub. O arvadının kişi olduğunu həyat yoldaşının qohumlarının birindən öyrənib. SİA-nın Belçikada nəşr olunan "Nieuwsblad" qəzetinə istinadən verdiyi xəbərə görə, Belçikanın Antverp şəhərində yaşayan və soyadı gizli saxlanılan "Jan" 1993-cü ildə bacısına dayəlik edən "Monica" ilə tanış olub.
Bir-birinə aşiq olan cütlük qısa bir müddət sonra evlənib. Tanış olduqlarında yoldaşının son dərəcə gözəl və xeyli humanist olduğunu deyən Jan bildirib ki: "Monica o zamanlar 27 yaşında idi, mən də 44. Yoldaşım uşaq istəmədiyini söylədi. Mən də istəmirdim, çünki keçmiş evliliyimdən iki uşağım vardı. Ona görə ondan şübhələnmək ağılıma gəlmədi. Buna baxmayaraq "Monica" mənim uşaqlarıma çox yaxşı ana oldu". Həmçinin Jan son zamanlara qədər olduqca xoşbəxt bir evliliklərinin olduğunu da vurğulayıb.
Belçikalı şanssız ər 19 illik arvadının kişi olduğunu isə evlərinə gələn yoldaşının əmi oğluunun ağzından qaçırmasıyla öyrəndiyini deyib.
Daha sonra Jan yoldaşı ilə apardığı söhbət əsanasında "Monica" hər şeyi etiraf edib. Jan isə bunun qarşılığında məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB