Dünən Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə İstanbulda görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dolmabağça Sarayındakı təkbətək görüş 3 saata yaxın davam edib. Təkbətək görüşlərdən sonra iqtisadiyyat, enerji, mədəniyyət, diplomatiya sahələrində 11 sənəd imzalanıb.
Baş nazir Ərdoğan iki ölkə arasındakı əməkdaşlığın itici qüvvəsi olan iqtisadi və ticari əlaqələrin inkişaf etməkdə olduğunu vurğulayıb. 2002-ci ildən bəri ticarət əlaqələrinin 7 dəfə artdığını qeyd edən Ərdoğan Rusiyanın Türkiyənin ikinci ən böyük ticarət ortağı olduğunu deyib.
İmzalanan sənədlərin əhəmiyyətini qeyd edən Ərdoğan toplantıda Suriya başda olmaqla Yaxın Şərqlə bağlı müzakirələr apardıqlarını deyib. Ərdoğan Fələstinin müşahidəçi üzvlüyünün tanınması məsələsində Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edib. Baş nazir Fələstin problemi ilə bağlı danışıqlarda Rusiyanın müsbət yanaşmasının əhəmiyyətini də qeyd edib. Ərdoğan "dostumuz" adlandırdığı Rusiya ilə bu məsələdə mövqelərinin prinsipcə üst-üstə düşdüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB