Ermənilər Ermənistandan qaçır

Ermənilər Ermənistandan qaçır

Hər gün bu ölkəni avtobuslarla dolu insan tərk edir

Ermənilər ölkədən qaçırlar. Bunun Ermənistanın "Ayask" qəzeti yazır. Nəşrin yazdığına görə, həftənin hər şənbə və bazar günləri Rusiyaya yollanan avtobuslar Baqrataşenks gömrük məntəqəsini keçir.

"Bu avtobusda çox ailələr ölkəni tərk edirlər. Bir çoxları ancaq lazım olan əşyalarını götürür, elələri var ki, hətta ev xalatı və başmaqla gedir. Həftənin şənbə və bazar günləri bizim gömrükdə bu ürək parçalayan mənzərəni görmək olar. Qoca, cavan, südəmər körpələrə kimi hamı gedir. Bu günlərdə 250-300 nəfər ailəsi ilə birlikdə Rusiyaya gedir. İş günlərində isə oraya iki-iki avtobus gedir. Onlarınsa sonu görünmür...", - deyə qəzet yazır.

Bu vəziyyət ilk öncə, "çiçəklənən Ermənistan"ın iqtisadiyyatının böhranı və xalqın kəskin yoxsullaşması ilə bağlıdır. Elə buna görə də ermənilər yaxşı qismət üçün ölkədən qaçır.anspress.com

Bütün xəbərlər Facebook səhifəmizdə