Putin Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putin bu gün İstanbula gəlir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Rusiya prezidentini xarici işlər, enerji, iqtisadiyyat, mədəniyyət, kəns təsərrüfatı və nəqliyyat nazirləri müşayiət edəcək.

Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına sədrlik edəcək. Toplantıda əsas müzakirə mövzusu birgə layihələr və iqtisadi əlaqələr olacaq. Kritik sənədlər isə Şura toplantısından əvvəl xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcək. Türkiyənin enməyə məcbur etdiyi Suriya təyyarəsi ilə bağlı məsələnin gündəliyə gəlməsi gözlənilmir. Ancaq Suriya sərhədinə yerləşdiriləcək "Patriot" raket sistemləri və Suriyadakı böhran müzakirə mövzusu olacaq. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 6 sazişin imzalanması gözlənilir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə