Misirin Hakimlər Palatası dekabrın 15-də keçirilməsi planlaşdırılan konstitusiya referendumunu boykot etmək haqda qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hakimlər Palatasının sədri Əhməd Əz-Zənd Misirin müxtəlif vilayətlərindəki hakimlər palatası rəhbərləri ilə görüşüb.
Görüşdə hakimlərin referendumdakı mövqeyi ilə bağlı müzakirələr aparılıb. Toplantıdan sonra açıqlama verən Zend boykot qərarının ittifaqla qəbul edildiyini söyləyib. Toplantıda iştirak edənlər də boykot qərarının Mursiin 21 noyabrda açıqladığı konstitusion dəyişikliklərdən geriyə addım atmaması səbəbilə qəbul edildiyini vurğulayıblar. Onlar eyni zamanda Misir təhlükəsizlik qüvvələrinin referendum komitələrinin yerləşdiyi binaların təhlükəsizliyini təmin edə bilməməsindən narahat olduqlarını bildiriblər.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB