Putinin səfəri bu gün başlayır

Putinin səfəri bu gün başlayır

Rusiya prezidenti Vladimir Putin sağlamlıq problemləri səbəbiylə təxirə saldığı Türkiyə səfərinə bu gün başlayıb. SİA-nın verdiyi məlumata görə, Putin Türkiyə-Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) təxirə salınan üçüncü yığıncağına qatılmaq üçün bu gün İstanbula gedib. Əsasən nüvə və ticarət əməkdaşlığının müzakirəsi planlaşdırılan görüşdə Suriya mövzusunda da uzlaşma yolları müzakirə olunacaq.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda Putin bir neçə rus nazirlə birlikdə iştirak edəcək. İclasda siyasi, iqtisadi, mədəni əlaqələr də müzakirə olunacaq. Lakin gündəmin əsas maddələri yüksək texnologiyada əməkdaşlıq, enerji sahəsindəki əməkdaşlıq və nüvə enerjisi mövzusundakı problemlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə