Tokioda tunel uçdu: ölənlər var

Tokioda tunel uçdu: ölənlər var

Yaponiyanın paytaxtı Tokioda sürət magistralında yerləşən avtomobil tunelinin bir hissəsi uçub. Hadisə yerində yanğın baş verib. Hadisə nəticəsində 4,3 kilometr uzunluğunda olan tuneldə qalan avtomobillərdən hələlik 1 qadının yaralı olaraq çıxarıldığı və xilasedicilər tərəfindən xəstəxanaya çatdırıldığı bildirilir.

Daha 2 nəfər də xəsarət alıb. Xilas olanların sözlərinə görə, tunelin dağıntıları altında azı 7 nəfər də qalıb. İtkin düşənlərin axtarışı davam edir. Hadisə ilə əlaqədar Tokionu Yaponiyanın qərbi ilə birləşdirən magistral yolun bir hissəsi bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə