Əfqanıstanın Cəlalabad şəhərində "Taliban" hərəkatının döyüşçüləri ABŞ-Əfqan birgə aviabazasına hücum ediblər. Döyüşçülər aviabazanın önündə bir neçə partlayıcı qurğunu işə saldıqdan sonra hərbçilərlə terrorçular arasında atışma baş verib. 2 saatdan çox davam edən atışma zamanı Amerika helikopterlərindən də terrorçulara zərbələr endirilib və onlar geri çəkiliblər.
Atışma zamanı əfqan təhlükəsizlik qüvvələrinin 1 nümayəndəsi həlak olub, bir neçə NATO hərbçisi də yaralanıb.
"Taliban"ın mətbuat katibi Zabiullaz Mücahid Cəlalabad aviabazasının girişində partlayışların və atışmanın baş verdiyini təsdiqləyib.
Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat katibi Zahir Əzimi isə bildirib ki, partlayışlara baxmayaraq, terrorçular aviabazaya daxil ola bilməyiblər. NATO da bu faktı "baş tutmamış hücum cəhdi" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB