Türkiyə İrandan neft idxalını azaldıb

Türkiyə İrandan neft idxalını azaldıb

Bunu ABŞ dövlət katibi Hillari Klinton bəyan edib

ABŞ-ın və İsrailin Yaxın Şərqdə birlikdə çalışması lazım olan sahələrdən bəhs edən H.Klinton İranın nüvə silahı əldə etməsinin qarşısının alınması lazım olduğunu bildirib. O deyib ki, İranın nüvə silahı əldə etməsi yalnız İsrail deyil, dünya üçün təhlükə yaradır.

İrana təzyiqin artırılması istiqamətində ABŞ-ın son illərdəki cəhdlərindən danışan dövlət katibi bu mövzuda beynəlxalq cəmiyyətdə konsensus əldə edildiyini vurğulayıb: "İrandan ən çox neft idxal edən Türkiyə, Yaponiya, Hindistan və Çin də daxil olmaq üzrə 20 ölkə, bu ölkədən neft idxalını önəmli ölçüdə azaldıb. Bu təzyiqlər həqiqətdir və davam edəcək. İran üçün müzakirə pəncərəsi də sonsuza qədər açıq olmayacaq".

Xatırladaq ki, Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların Türkiyənin maraqlarına toxunduğunu və bu sanksiyalara əməl etməyə məcbur olmadıqlarını bəyan etmişdi: "Bir ölkənin təktərəfli qəbul etdiyi sanksiyalar Türkiyənin mənfəətinə toxunursa, onda biz buna əməl etmək məcburiyyətində deyilik".

Bütün xəbərlər Facebook səhifəmizdə