Fələstin artıq rəsmən dövlətdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında bu fikirləri bilidirb. SİA-nın verdiyi xəbərə görə, jurnalistərin suallarını cavablandıran Ə.Davudoğlu bildirib ki, BMT-nin verdiyi bu qərarla Fələstin artıq bir dövlətdir: "Hesab edirəm ki, Fələstin rəhbərliyi bu qərardan sonra öz daxili problemlərini həll edərək danışıqlar masaına daha güclü şəkildə oturacaq. İnşallah 1967-ci il sərhədləri daxilində güclü Fələstin dövləti yaranacaq".
ABŞ-ın bu qərara qarşı gəlməsini pisləyən nazir: "Beynəlxalq vicdanı BMT təmsil edir. ABŞ-ın mövqeyi bizi kədərləndirir. Yəqin bundan sonra ABŞ da Fələstinin yanında olar. İsrail sülh istəyirsə bu qərara sayğı göstərməlidir", - deyə vurğulayıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB