ABŞ Suriya müxalifətini tanımağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Suriyadakı səfiri Robert Ford Suriya Milli Koalisiyasını (SMK) Suriyanın qanuni təmsilçisi olduğunu və onlarla işbirliyi edəcəklərini açıqlayıb. Amerikalı diplomat R.Ford Vaşinqtonda bir konfransda çıxışı zamanı deyib: "SMK Suriya xalqının arzularının ifadəçisidir. Onlarla işbirliyi edəcəyik. ABŞ Suriyaya dair siyasətini artıq dəyişəcək".
Qeyd edək ki, amerika mediasında çıxan xəbərlərə görə, rəsmi tanınma 12 dekabrda Mərakeşdə keçiriləcək "Suriyanın dostları" konfransında bəyan ediləcək. 70 dən çox ölkənin qatılacağı konfransda ABŞ dövlət katibi Hillari Klinton da iştirak edəcək. Verilən məlumatda o da bildirilir ki, Suriya koalisiyasının tanınması ilə müxalifətə humanitar və hərbi yardımlar da artırılacaq.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB