Sərhəd yenidən bombalandı

Xarici qüvvələr Türkiyəni müharibəyə cəlb etmək üçün yenidən hücumlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,Türkiyənin Şanlıurfa bölgəsi ilə sərhəd olan Suriyanın Rasulyan bölgəsi Bəşər Əsəd qüvvələri tərəfindən bombalanıb. Şiddətli hücumlardan sonra Azad Suriya Ordusunun əlinə keçən bölgə dünəndən etibarən hərbi helikopterlər vasitəsilə bombalanıb.

Qeyd edək ki, Türkiyənin Ceylanpınar qəsəbəsi ilə sərhəddə yerləşən bölgəsi 8 noyabrda müxaliflər tərəfindən azad edilmişdi.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə