Suriyada internet və telefon əlqəsi tamamilə kəsilib. Mərkəzi Londonda olan Suriya İnsan Haqqlarını Müdafiə Təşkilatı Suriyanın bütün bölgələrində internet və telefon əlaqələrinin kəsilməsi barəsində açıqlama yayıb. SİA-nın məlumatına görə, təşkilat paytaxt Dəməşq və ölkənin ən böyük şəhərləri Hələb, Hama və Homs başda olmaqla internet və telefon xəttlərinin Esed rəhbərliyi tərəfindən istifadəsiz vəziyyətə gətirildiyini bildirib.
Suriya Ümumi İnqilab Şurasının məlumatında da bildirilib ki, ölkənin internet və telefon xətlərinin kəsilməsi müxaliflərin səslərini dünyaya çatdırması ilə bağlıdır. Bununla Əsəd rejimi müxalifətin etrirazlarının beynəlxalq səviyyəyə çatdırlımasının qarşısını alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB