Bu İrəvanın səmimi statistik etirafıdır
Ermənistan Milli Statistika Xidmətinin bu günlərdə dərc etdirdiyi məruzə son üç ildə bu ölkədə yoxsulluq probleminin xeyli dərinləşdiyini göstərir. Erməni mətbuatı bildirir ki, "Ermənistanda sosial mənzərə və yoxsulluq: 2012" adlı məruzədə bildirilir:
- 2011-ci ildə əhalinin 35%-i yoxsul sayılıb, 2008-ci ildə isə bu göstərici 27,6% olub;
- 2011-ci ildə əhalinin 3,7%-i ifrat yoxsul sayılıb, 2008-ci ildə isə bu, 1,6% olub.
Adambaşına günlük minimal istehlak xərcləri 5 dollardan götürüldükdə isə 2011-ci ildə əhalinin 73%-i yoxsul sayılıb. 18 yaşına qədər olan uşaqların 4,7%-i həddindən yoxsulluq içində, 41.9%-i isə yoxsulluq içində yaşayır. Ermənistanın 3-dən 6-ya kimi uşaq sahibi olan ailələrinin 78%-i yoxsulluq içində yaşayır.
Bununla yanaşı, rəsmi statistika "etiraf edir" ki, yoxsulluqla mübarizə üçün ilkin mübarizə vasitəsi kimi xaricdə yaşayan ermənilərin göndərdiyi transfertlər istifadə edilir, əgər transfertlər olmasa idi yoxsulluq 53%-ə çatardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB