Misirin sabiq prezidenti, ömürlük məhbus Hüsnü Mübarək ölkədə baş verən qarşıdurmalara münasibət bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçmiş prezident baş verənlərə qətiyyən təəccüblənmədiyini bildirib. "Əvvəldən xaosun qaçılmaz olduğunu demişdim. Ancaq Məhəmməd Mursinin hakimiyyətə bu qədər həris olduğunu düşünməzdim. Hakimiyyətim zamanı heç vaxt məhkəmənin əl-qolunu bağlayan belə fərman verməmişəm".
Qeyd edək ki, bu ilin iyun ayından ölkəyə Məhəmməd Mursi rəhbərlik edir. Hakimiyyətə gəldikdən sonra o,səlahiyyətlərinin artırılması ilə bağlı bir çox qərarlar verib. Yeni qərarlara görə, məhkəmələr prezidentin imzaladığı sərəncamları və qanunları ləğv etmək hüququndan məhrum edilir, dövlət başçısı baş prokuroru birbaşa təyin etmək hüququna sahibdir. Həmçinin Konstitusiya Bəyannaməsi prezidentə Hüsnü Mübarək rejimi zamanı törədilmiş cinayət işlərinin yenidən araşdırılmasına dair əlavə səlahiyyətlər verir. Bütün bunlar müxalifətin kəskin etirazları ilə qarşılanıb. Prezident Məhəmməd Mursi diktatorluqda ittiham edilir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB