İraqda dəhşətli partlayış baş verib. SİA-nın verdiyi xəbərə görə, bu gün İraqda baş vermiş partlayışlar nəticəsində 28 nəfər ölüb. Bağdaddan 100 km aralıda yerləşən Hille şəhərində bir restoranın yaxınlığında meydana gələn iki partlayışda 26 nəfər ölüb. Kərbəla şəhərində isə avtobus terminalında bombalanmış maşının partladılması nəticəsində 2 nəfər ölüb.
Partlayışların kimlər tərəfindən həyata keçirildiyi məlum deyil. Polis araşdırmalara başlayıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB